Premyer Liqa klubunun prezidenti qəfildən Azərbaycanı tərk etdi - FOTO

18 May 17:20 Sumqayıt 2 096
Premyer Liqa klubunun prezidenti qəfildən Azərbaycanı tərk etdi - FOTO

«Sumqayıt»ın prezidenti Riad Rəfiyev ölkə ərazisini tərk edib.

2018-ci ilin əvvəlindən «kimyaçılar»ın rəhbəri olan şəxs Braziliyaya yollanıb.

Onun səfəri bir məqsəd daşıyır - yerli klubların funksionerləri ilə görüşərək qarşılıqlı əməkdaşlığın təməlini atmaq.

«Gənclik şəhəri» təmsilçisi Braziliyanın futbol bazarıyla yaxın münasibətlər qurmağı planlaşdırır.

Bu ölkə Riad Rəfiyevə yad yer deyil. O, 24-25 il öncə futbol ilk addımlarını məhz Braziliyada atıb.

Məşhur «Santos» akademiyasına qəbul edilib, aşağı yaş qrupları üzrə komandaların formasını geyinib. Cənubi Amerikadan qayıdandan sonra isə «Karvan»la müqavilə bağlayıb.

Keçmiş müdafiəçi ayağından aldığı ağır zədə üzündən 20 il qabaq karyerasını elə Yevlax təmsilçisində başa vurmalı olub.

SPORTİNFO.AZ

Riad Rəfiyev: "Bu, çox xoşagəlməz hadisədir"

Digər Xəbərlər
Xəbər Lenti
3 Sentyabr 19:10 "Zirə" yen transfer etdi
3 Sentyabr 18:10 Çək və bizə göndər!
3 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
3 Sentyabr 07:20 O da “Karvan”a qoşuldu