Misli Premyer Liqasının 30-cu turunda “Kəpəz”ə qarşı keçirilən və 1:2 hesabı ilə başa çatan oyunda “Sumqayıt”ın zədələnən müdafiəçisi Keffel Resendenin durumu ilə bağlı açıqlama verilib.
Sportinfo.az xəbər verir ki, braziliyalı legionerin nə vaxt bərpa olunacağı hələ dəqiq məlum deyil. Onun son turda meydana çıxması ehtimalı istisna olunmur.
“Sumqayıt” hazırda turnir cədvəlində 41 xalla altıncı pillədə qərarlaşıb.

