"Biz bunu başa düşürükk və işləməyə davam edirik"

11 May 23:40 Sumqayıt 101
"Biz bunu başa düşürükk və işləməyə davam edirik"

"Sumqayıt"ın yarımmüdafiəçisi Sedrik Badolo Premyer Liqanın 31-ci turunda "Araz-Naxçıvan"ı məğlub etdikləri (2:1) oyundan sonra Sportinfo.az-a müsahibə verib.

- Qələbəni necə şərh edərdin?

- Xüsusən ilk hissədə çox yaxşı oyun keçirdik. Kompakt qaldıq ki, bu da qənaətbəxş idi. İkinci hissədə daha çox yer var idi, amma son dəqiqəyə qədər oyun planımıza əməl etdik və inandıq. Nəticədə qələbə ilə mükafatlandırıldıq.

- 4 oyundu komanda özünə gəlib. Nə dəyişdi?

- Hamımız bir-birimizin bacarıqlarının fərqindəyik. Məğlub olduğumuz matçları təhlil edərkən fərdi səhvlər səbəbindən qolların buraxıldığını gördük, çünki çox çalışmağa və məşqçilərin təlimatlarına əməl etməyə diqqət yetirdik. Buna görə də bu səhvləri minimuma endirməli və kompakt qalmalı idik. Nəticədə hamımız bunun yaxşı işlədiyini görürük və bu istiqamətdə davam etməliyik. Bundan əlavə, hər komanda kimi bizim üçün də enişli-yoxuşlu məqamlar var. Biz bunu başa düşürükk və işləməyə davam edirik.

- 9 oyunluq qələbə həsrəti olmasaydı avrokuboklar barədə düşünmək olardı?

- Düşünürəm ki, bu matçların əksəriyyətində qalib gəlsəydik, yenə də ilk "dördlük"də olmaya bilərdik. Bu, futboldur və bəzən istədiyinizi əldə edə bilmirsiniz.

XANOĞLAN İMANOV

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti