Klub prezidenti və baş məşqçiyə ağır cəza verildi - 10 minlik ETİRAZ!

6 May 16:20 Sumqayıt 818
Klub prezidenti və  baş məşqçiyə ağır cəza verildi - 10 minlik ETİRAZ!

AFFA İntizam Komitəsi "Sumqayıt"ın prezidenti Riad Rəfiyev və komandanın baş məşqçisi Saşa İliçi cəzalandırıb.

Sportinfo.az AFFA-nın saytına istinadən xəbər verir ki, qərarlar komitənin bugünkü iclasından sonra açıqlanıb.

Misli Premyer Liqasında 30-cu turun “Kəpəz” – “Sumqayıt” oyunu bitdikdən sonra qonaq komandanın baş məşqçisi Saşa İliç hakimin qərarına etiraza görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyunluq cəzalandırılıb, klub 5000 manat cərimə edillib

Oyun bitdikdən sonra “Sumqayıt”ın prezidenti Riad Rəfiyev hakimlər otağına daxil olduğuna görə 2 oyun şərti olmaqla 5 oyunluq cəzalandırılıb, klub 5000 manat cərimə edilib.

Digər Xəbərlər
Xəbər Lenti
3 Sentyabr 19:10 "Zirə" yen transfer etdi
3 Sentyabr 18:10 Çək və bizə göndər!
3 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
3 Sentyabr 07:20 O da “Karvan”a qoşuldu