Görün, bu adamlar "Sumqayıt"ın başına nə "oyunlar" açıblar! - VİDEO

11:40 Sumqayıt 175
Görün, bu adamlar "Sumqayıt"ın başına nə "oyunlar" açıblar! - VİDEO

Cari mövsümün ən yaralı yeri hakimlikdir.

Klubların canını həmişə olduğundan daha çox ağrıtdılar, əksər oyunlara «damğa» vurdular.

Yol verdikləri qüsurların sayı o qədərdir ki…

«Fit sahibləri»nin «qara əməllər»indən ziyan çəkən komandalardan biri də «Sumqayıt»dır.

«Gənclik şəhəri» təmsilçisinin avrokubok zonasından uzaq düşməsində «ədalət təmsilçiləri»nin ədalətə uyğun olmayan ciddi xətalarının rolu böyükdür.

Gəlin, onlardan bir neçəsini yada salaq…

14-cü turda “İmişli” ilə görüşdə Əliyar Ağayev 90+6-cı dəqiqədə “Sumqayıt”ın qapısına penalti təyin edir. VAR-da Əli Əliyev, penalti onun təkidi ilə təyin olunur. Matçdan sonra hakimlər Komitəsinin sədri Rəhim Həsənov qərarın səhv olduğunu açıqlayır.

“Sumqayıt” – “Qarabağ” oyununda adi vəziyyətdə Fərid Hacıyev müdafiəçi Rayan Senhaciyə ikinci sarı, ardınca qırmızı vərəqə göstərir. VAR epizoda qarışmasa da, 99 faiz futbol ictimaiyyəti bunun haqsız qərar olduğunu deyir.

20-ci turda “Araz-Naxçıvan”la görüşdə Elçin Məsiyev Masaki Murataya qarşı qayda pozuntusuna görə “Araz”ın qapısına verdiyi penaltini VAR-a baxaraq ləğv edir.

VAR-da Nicat İsmayıllıdır. Hakimlər Komitəsinin sədri Rəhim Həsənov ənənəvi şərhində qeyd edir ki, ilk qərar doğru idi, penalti olmalı idi. Bu penalti qol olsa, oyunu da rahat uda bilərdi komanda.

"Neftçi" ilə oyunda isə hesab 0:0 olarkən VAR-a çağırılan Kamal Umudlu “Sumqayıt”ın qapısına penalti təyin edir. VAR-da Rəvan Həmzəzadədir. Rəhim Həsənov çıxıb açıqladı ki, penalti qərarı səhvdir. Bu penalti və dolayısı ilə qol olmasa, hesab necə olacaqdı...

Saşa İliçə "Şamaxı" ilə görüşdən sonra verilən 4 oyunluq cəza və ona edilən apellyasiya şikayətinə İntizam Komitəsinin “vaxtımız yoxdur, yığışa bilmirik” kimi absurd bəhanə ilə reaksiya verməməsi.

Və sonuncu “Kəpəz”lə oyunda iki absurd penalti, şübhəli ofsayd qərarı və s.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti