“İstədiyimiz nəticəni əldə etsək, böhrandan çıxdığımızı deyə bilərik”

03:10 Sumqayıt 60
“İstədiyimiz nəticəni əldə etsək, böhrandan çıxdığımızı deyə bilərik”

"Sumqayıt" komandasının cari mövsümdə səkkiz penaltidən beşini boşa verməsi təsadüfdür.

Sportinfo.az xəbər verir ki, bu barədə "report"a "gənclik şəhəri" təmsilçisinin futbolçusu Rüstəm Əhmədzadə açıqlama verib.

25 yaşlı hücumçu Misli Premyer Liqasında 11 metrlik cərimə zərbələri zamanı şanssız olduqlarını bildirib:

"Penaltilər "lotereya"dır. Səkkiz zərbədən yararlana bilməməyimiz, sadəcə, təsadüfdür. Bu baxımdan şans bizim tərəfimizdə deyil".

R.Əhmədzadə komandanın ardıcıl iki matçda qalib gəlməsinə də toxunub:

"Düşünürəm ki, növbəti matç bizim üçün çox önəmlidir. Qalib gəlməliyik. İstədiyimiz nəticəni əldə etsək, böhrandan çıxdığımızı deyə bilərik.

Bir müddət uğursuzluqla üzləşdik. Belə olmasaydı, bəlkə də avrokuboklar üçün şanslarımız qalardı".

Bir komandanın mövsümdə 5 penaltidən yararlanmaması turnirdə XXI əsrin antirekordudur.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
30 Aprel 18:10 Çək və bizə göndər!