Premyer Liqa klubunda yenə maaş problemi yarandı - Məşqçilər narazı və narahatdır

21:00 Sumqayıt 218
Premyer Liqa klubunda yenə maaş problemi yarandı - Məşqçilər narazı və narahatdır

"Sumqayıt" akademiyasında maaş problemi yaranıb.

Məşqçilər ikinci aydı əməkhaqqılarını ala bilmir.

Bu gün-sabah deyə-deyə üçüncü ay yaxınlaşır.

Düzdü, kimsə düşünə bilər ki, futbolda iki aylıq gecikmə nədir ki?

Bilməyənlər üçün qeyd edək ki, burada çalışan mütəxəssislərin aylıq məvacibi ən yaxşı halda 700-800 manat təşkil edir.

Belədə o qədər yüksək maaş almayan aşağı yaş qruplarının məşqçiləri öz dolanışacaqlarını həll etməkdə ciddi sıxıntı yaşamış olur.

Maaşların niyə gecikməsi barədə də bilgilər əldə etmişik.

Problem klubdan yox, AFFA-dan qaynaqlanır.

Bildiyiniz kimi, hər il Premyer Liqa təmsilçilərinə 2.5 milyon manat dövlət dotasiyası köçürülür.

Federasiya vasitəsi ilə gəlməli olan məbləğ gecikir.

Belədə klub da öz işçilərinin maaşlarını ödəməkdə çətinlik yaşayır.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti