"Sumqayıt"lılar penaltini qəsdən vurmur, yoxsa..?

29 Aprel 11:20 Sumqayıt 584
"Sumqayıt"lılar penaltini qəsdən vurmur, yoxsa..?

“Sumqayıt” Misli Premyer Liqasının 2025/26 mövsümündə 5-ci dəfə penaltidən yararlanmayıb.

Sportinfo.az PFL-in saytına istinadən xəbər verir ki, turun “İmişli” ilə səfər görüşündə (2:0) Nikola Ninkoviç 11 metrlik cərimə zərbəsindən istifadə edə bilməyib.

“Gənclik şəhəri” təmsilçisi mövsümdəki 8 belə imkanın yalnız üçünü qola çevirib.

Bir komandanın mövsümdə 5 penaltidən yararlanmaması turnirdə 21-ci əsrin antirekordudur. 2001-2026-cı illərdə üç dəfə bir komanda mövsüm ərzində 4 imkanı qaçırıb.

“Şəfa” 2001/02 mövsümündə 5, “Qarabağ” 2020/21, “Sabah” isə 2022/23 mövsümündə eyni sayda – 9 imkandan dördündən istifadə edə bilməyib. “İmişli” ilə görüşədək bu antirekordun şəriki olan “Sumqayıt” artıq həmin üç komandanı da “geridə qoyub”.

Ümumilikdə cari mövsümdə təyin olunan 60 penaltidən 48-i qolla nəticələnib. Bu zərbələrdən istifadə faizi 80-ə bərabərdir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
23 İyun 17:30 Çək və bizə göndər!
23 İyun 10:20 Neymar geri qayıtdı