Aleksandr Ramalinqom üçün mövsümü qənaətbəxş saymaq olar.
"Sumqayıt"ın hücumçusu 31 turdan sonra 9 qolla komandasının bombardiridir.
Premyer Liqanın sərrast hücumçuları sırasında isə ikinci olan Velko Simiçdən cəmi 2 qol geri qalmaqla 6-cı pillədə yer alır.
Onu yeni mövsüm də ölkəmizdə görə bilərikmi?
Sportinfo.az-a açıqlamasında təcrübəli forvard gələcəyi ilə bağlı danışıb:
"Əslində çox şey düşünmürəm. Amma Azərbaycanı çox sevirəm. Ailəm də buranı sevir.
Əgər Azərbaycanda qalmaq şansım olsa, əlbəttə qalmaq istəyərdim. "Sumqayıt"da özümü xoşbəxt hiss edirəm. Yaxşı kollektiv formalaşıb.
Nə olacağını isə mövsümün sonu görəcəyik".
XANOĞLAN

