10 baş məşqçinin siyahısını tutdular, danışıqlara start verdilər - SON DƏQİQƏ

25 Aprel 15:00 Sumqayıt 1 952
10 baş məşqçinin siyahısını tutdular, danışıqlara start verdilər - SON DƏQİQƏ

«Sumqayıt» indidən yeni baş məşqçi axtarışına çıxıb.

Bu mövsüm qeyri-sabit çıxışıyla yadda qalan «gənclik şəhəri» təmsilçisi Saşa İliçə əvəzləyi arayışındadır.

Ötən ilin iyulunda görəvə gətirdiyi serbiyalı ilə müqavilənin müddətini artırmayan «kimyaçılar»ın namizədlərinin siyahısı artıq hazırdır.

Burada 10-a yaxın çalışdırıcı yer alır.

Siyahıda həm yerlilər, həm də əcnəbilər yer almaqdadır. Klub rəhbərliyi artıq onlardan bəzsiylə danışıqlar aparıb.

«Sumqayıt» Premyer Liqanın 28 turu ərzində 35 xal əldə edib. Bu nəticə ilə turnir cədvəlinin yeddinci pilləsində yerləşiblər.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
7 Noyabr 18:10 Çək və bizə göndər!
7 Noyabr 17:40 Biri belə, biri elə