"Sumqayıt"ın müdafiəçisi Höccət Haqverdi Premyer Liqanın 28-ci turunda "Qəbələ"ni məğlub etdikləri (1:0) görüşdən sonra Sportinfo.az-a müsahibə verib.
- Necə oyun keçdi?
- Ümumiyyətlə, oyunun çətin keçəcəyini bilirdik, çünki "Qəbələ" yaxşı komandadır və yaxşı futbol oynayırlar. Lakin stadionda azarkeşlərimizin dəstəyi yanımızda idi, üç xal qazanmaq istəyirdik və xoşbəxtlikdən buna nail olduq.
- 11 oyunluq qələbə həsrəti bu gün sona çatdı. Niyə bu qədər gözləməli oldunuz?
- Son 11 oyunda qələbə qazanmaqda çətinlik çəkdiyimiz doğrudur, amma deyə bilərəm ki, bir neçə qarşılaşmada qələbəyə layiq idik və yaxşı futbol oynadıq. Sadəcə bəxtimiz gətirmədi. Həmçinin, futbol və hakimlik hadisələri də nəticəyə təsir etdi. Əgər bu bir neçə oyunda xal qazansaydıq, hazırda turnir cədvəlindəki vəziyyətimiz çox fərqli olardı. Lakin qalan bir neçə oyun üçün hələ də motivasiyamız var və cədvəldəki mövqeyimizi yaxşılaşdırmağa çalışacağıq.
- Yeganə qolun müəllifi kimi səni oyunun qəhrəmanı adlandırmaq olar?
- Futbolda oyunun tək qəhrəmanı deyə bir anlayış yoxdur. Komandanın qalib gəlməsi üçün hamı çox çalışır. Digərlərinin köməyi olmadan qol vura bilməzdim, amma komandanın qələbəsinə kömək etdiyim üçün xoşbəxtəm.
- Baş məşqçi Saşa İliç bildirdi ki, qələbəyə rəğmən oyundan narazıyam...
- Yaxşı futbol oynamadığımızla mən də razıyam. Bəlkə də bu, 11 oyun boyu qələbə qazana bilməməyin yaratdığı gərginlik və stresdən irəli gəlirdi ki, bu da oyunun keyfiyyətinə təsir edir.
XANOĞLAN İMANOV

