"Sumqayıt" Tovuzda da məğlub oldu - 1:2.
Qələbə həsrəti 11 oyuna çatdı.
Amma ikinci hissədə "kimyaçılar"ın göstərdiyi futbol qeyd olunmalıdır.
Komanda mövsümün birinci yarısındakı "Sumqayıt"ı xatırlatdı.
Bir daha aydın göründü ki, bu komandanın potensialı böyükdür.
Onu düzgün qiymətləndirmək lazımdır.
Bax, Saşa İliç bunu bacarmadı.
"Heyət kasaddı" deyib üsyan edincə...
4-cü illə ilə cəmi 4 xallıq fərq olanda təslimçi ruhda media önünə çıxınca...
Komandasına sahib çıxmalı, vəziyyətdən çıxış yolu tapmalıydı.
Bu gün sumqayıtlılar mövsümün sona çatmasını gözləməz, avrokuboklar uğurunda mübarizənin dadını çıxarardı.
Ən az maaş büdcəsi olan "Şamaxı" ilə eyni xal toplamaz, 4-cü pillədən 12 xal geri düşməzdi.
Vaxt itirmədən serbiyalı yola salınmalı, yeni mövsümün planları qurulmalıdır.
Əks halda, növbəti mövsüm üçün hətta heyət genişlənsə, daha güclü oyunçular gəlsə belə, ilk büdrəmdə İliç sərsəm bəhanələrlə rəhbərliyin qapısını döyəcək.
XANOĞLAN / SPORTİNFO.AZ

