Bu gün Misli Premyer Liqasında 27-ci tura yekun vurulacaq.
Günün və turun son matçı Tovuzda olacaq. "Turan" doğma meydanında "Sumqayıt"ı qəbul edəcək.
Bu mövsüm meydançada yaranan problemlər səbəbindən "Turan" ev oyunlarını Bakıdakı "Azərsun Arena"da və Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirirdi.
Doğma rayona dönən "Turan" bundan əvvəlki hər iki dövrənin oyununda "Sumqayıt"a qalib gəlib - 3:0, 2:1.
Deyəsən, 3 xal bu dəfə də onların olacaq. Çünki qonaqların baş məşqçisi Saşa İliç meydana ekspermental heyət buraxmaq fikrindədir.
Son 10 görüşdə qələbəyə həsrət qalan serbiyalı mütəxəssis gənclərə daha çox üstünlük verməyi planlaşdırır.
O, klub funksionerləri ilə apardığı son müzakirələr zamanı bu niyyətini dilə gətirib.
Prezident Riad Rəfiyev də İliçlə razılaşıb. Başqan bir neçə legionerin ehtiyat skamyada əyləşmək vaxtının çatdığını bildirib.
SPORTİNFO.AZ

