Azərbaycanda çıxış edən ukraynalı deyir ki… MÜSAHİBƏ

11 Aprel 22:20 Sumqayıt 191
Azərbaycanda çıxış edən ukraynalı deyir ki… MÜSAHİBƏ

"Sumqayıt" Premyer Liqanın 27-ci turunda "Turan Tovuz"un qonağı olacaq.

Ağır səfər öncəsi komandanın ukraynalı müdafiəçisi Danilo Beskorovaynıy Sportinfo.az-a müsahibə verib.

- Mövsümün arxada qalan bölümünü "Sumqayıt" üçün necə qiymətləndirirsən?

- Fərdi olaraq keyfiyyətli oyunçularımız var. Amma müəyyən məqamda bir eniş yaşadıq. Lakin qazanacağımız 1 qələbə ilə vəziyyəti dəyişəcəyimizə inanıram.

- Əslində "Sumqayıt" mövsüm əla başlamışdı. Sizin gəlişinizdən sonra eniş başladı. Yəni siz də bu enişin bir parçasısınız. Nədir problem?

- Mən gələndən sonra ilk oyunda "Karvan-Yevlax"ı məğlub etdik. Ölkə kubokunda "Zirə" ilə bərabərlik qeydə alındı. Bilirəm ki, "Zirə"ni 5 ildi uda bilmirik. Niyə eniş oldu? Məncə, ciddi zədələr oldu. Oyunlarda istədiyimiz nəticə əldə olunmadığı üçün eniş qaçılmaz oldu. Amma belə qala bilməz. Çevriliş olmalıdır. Ümid edirəm ki, "Turan Tovuz"la oyunda bunu edə biləcəyik.

- Premyer Liqada hakimlərin idarəçiliyi çox danışılır. "Sumqayıt" da səhv qərarlardan az əziyyət çəkməyib. Bu barədə nələr deyə bilərsən?

- Mən futbolçu olduğum üçün bu barədə danışmağım doğru olmaz. Amma baxası olsaq, elə son oyunda Rüstəm Əhmədzadəyə qarşı olan qayda pozuntusuna baxılmadı. Bir şey mənə maraqlıdır ki, bəzi epizodlarda VAR-a baxılır, amma bəzilərində niyə baxılmır? Həqiqətən də qəribə vəziyyətdir.

- "Turan Tovuz"la matça dönüş nöqtəsi kimi baxdığınızı dedin. Bəs şansları necə görürsən?

- Bizi çox vacib oyun gözləyir. Qazanılacaq yaxşı nəticə bizə yaxşı təsir edəcək. Mən bir oyunçu olaraq tam hazıram. Bacardığımın hamısını meydanda qoymağa hazıram. Əsas məqsədimiz qol buraxmamaq olacaq. Komanda yoldaşlarımdan istəyim 90 dəqiqə mübarizə aparmalarıdır. Ola bilər ki, bəzən erkən qoldan sonra kollektiv oyundan düşür. Amma bunu sona qədər qoruyub, mübarizə aparmalıyıq.

XANOĞLAN İMANOV

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
11 Aprel 18:10 Çək və bizə göndər!