Saşa İliç Tresor Mossini bağışlayıb.
24 yaşlı yarımmüdafiəçi mövsümün əvvəli əvəzedici komandaya göndərilmişdi.
Serbiyalı onun xidmətində maraqlı olmadığı üçün.
Artıq orta sahə oyunçusu əsas komandaya qaytarılıb.
Düzdü, Peşəkar Futbol Liqasına sifariş edilmədiyi üçün rəsmi oyunlarda iştirak edə bilməz.
Lakin kollektiv məşqlərdə aktiv iştirak edir.
Burundinli legioner 2023-cü ildən "Sumqayıt"ın formasını geyinir.
"Kimyaçılar"da keçirdiyi 67 görüşdə 1 məhsuldar ötürmə ilə yadda qalıb.
XANOĞLAN / SPORTİNFO.AZ

