2027-ci ildə Azərbaycan və Özbəkistanda keçiriləcək FIFA U-20 dünya çempionatına hazırlıq məqsədilə Azərbaycan U-20 milli komandasının təlim-məşq toplanışı keçiriləcək.
Toplanış 13-26 aprel tarixlərini əhatə edəcək.
Baş məşqçi Rui Jorj "Sumqayıt"dan 3 oyunçuya - Nihad Orucəli, Nadir Orucov və Vüsal Paşayev dəvət göndərib.
Amma "kimyaçılar" AFFA-ya müraciət edərək Nadirlə Vüsalın klubda qalmasını xahiş edib.
Səbəb kimi baş məşqçi Saşa İliçin Premyer Liqa matçlarında onların xidmətinə ehtiyac duyması göstərilib.
Federasiya klubun istəyini geri çevirməyib.
Adıçəkilən oyunçuların klubda qalmasına razılıq verilib.
Açıqlanan rəsmi siyahıda ikilinin adının yoxluğu da bu səbəbdəndir.
XANOĞLAN / SPORTİNFO.AZ

