Uğursuz klubun güllü-gülüstan gününə baxın - VİDEO

19:40 Sumqayıt 144
Uğursuz klubun güllü-gülüstan gününə baxın - VİDEO

Bu gün futbolumuzda ən böyük problem infrastrukturla bağlıdır.

Əbəs deyil ki, az qalan Premyer Liqa klublarının yarısı mövsümün gedişində müxtəlif stadionların xidmətindən istifadə etdi.

Bu baxımdan "Sumqayıt"da vəziyyətin güllü-gülüstan olduğunu deyə bilərik.

Premyer Liqada nəticələri bərbad olan klubun şəraiti möhtəşəmdir.

"Kimyaçılar" ev oyunlarını əla vəziyyətdə olan təbbi örtüklü Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirir.

Məşqlərini isə "SOCAR Polimer arena"nın təbii örtüklü ehtiyat meydançasında edir.

Hələ bu harasıdır.

"SOCAR Polimer arena"nın əsas meydançasının ot örtüyü də yenilənib.

Saşa İliç bəzən məşqlərini orada keçirir.

Deməli, istəyəndə bir yox, hətta 3 təbii meydançaya da sahib olmaq mümkündür.

Sonda ev oyunlarını Mərdəkanda yerləşən "Bona Dea Arena"da keçirən "Araz-Naxçıvan"ın mövsümün qalan bölümündə rəqiblərini burada qəbul edəcək.

"SOCAR Polimer arena"nın əsas meydançasının nə qədər ideal durumda olmasını isə aşağıdakı linkə daxil olaraq görə bilərsiniz:

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti