“Sumqayıt”ın braziliyalı müdafiəçisi nə vaxt hazır olacaq?

10 Aprel 03:20 Sumqayıt 642
“Sumqayıt”ın braziliyalı müdafiəçisi nə vaxt hazır olacaq?

“Sumqayıt”ın zədəli futbolçusu Keffel Resende sıralara dönməyə hazırlaşır.

Sportinfo.az xəbər verir ki, braziliyalı müdafiəçi 28-ci turda “Qəbələ” ilə keçiriləcək görüşə kimi hazır olacaq.

26 yaşlı oyunçu bu mövsüm “kimyaçılar”ın heyətində 25 matçda üç məhsuldar ötürmə ilə yadda qalıb.

Daha əvvəl mərkəz müdafiəçisi İsa Suliman, sol cinah müdafiəçisi Ayxan Süleymanlı və yarımmüdafiəçi Roi Kehatın mövsümü başı vurduğu açıqlanıb.

“Sumqayıt” 26-cı turdan sonra 32 xalla yeddinci pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
3 Sentyabr 19:10 "Zirə" yen transfer etdi
3 Sentyabr 18:10 Çək və bizə göndər!
3 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM