“Neftçi” yeni baş məşqçisini tapandan sonra... Belə hal olmamışdı

17:20 Sumqayıt 140
“Neftçi” yeni baş məşqçisini tapandan sonra...  Belə hal olmamışdı

Yuri Vernidubun gəlişindən sonra yüksəlişə keçən “Neftçi” uğurlu çıxışını davam etdirir.

Sportinfo.az xəbər verir ki, Bakı klubu səfər oyunlarındakı məğlubiyyətsizlik seriyasını davam etdirib.

“Ağ-qaralar” ukraynalı mütəxəssisin rəhbərliyi altında hələ ki, səfərdə məğlubiyyət üzü görməyib. Komanda son olaraq dünən Misli Premyer Liqasının 26-cı turu çərçivəsində “Sumqayıt”a səfərdə 3:1 hesabı ilə qalib gəlib.

“Neftçi” Vernidubun gəlişindən sonra keçirdiyi 6-cı səfər qarşılaşmasında 5-ci qələbəsini qazanıb. Komanda bir dəfə də heç-heçəyə nail olub.

Ümumiyyətlə, “Neftçi” bu mövsüm 13 səfər matçının yalnız ikisində yenilib. Komanda 11-ci turda “Qarabağ”a, 14-cü turda isə “Sabah”a 0:2 hesabı ilə uduzub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti