Əl-ayağı işdən çoxdan soyuyub, sezonun bitməsini gözləyir

10:30 Sumqayıt 143
Əl-ayağı işdən çoxdan soyuyub, sezonun bitməsini gözləyir

Bu hesabat həftəsi də «Sumqayıt»ın passivinə yazıldı.

Əlbəttə, dırnaq arasında Saşa İliçə «sağ ol» düşür.

Komandanı sürətlə növbəti antirekorda doğru aparır. Bildiyi bura qədərdir. Bacardığı bundan ibarətdir.

Neyləsin? Yox, yox, əslində, «Sumqayıt» yaxşı heyətə malikdir və nəticələri belə olmamalıdır.

Mövsümün başa çatmasına 2 ay qalıb hələ, «Sumqayıt» olmalı olduğu yerdən çox uzaq düşüb. Və turnir cədvəlinin aşağılarına doğru yol almaqdadır.

Səbəblər ətrafında var-gəl etməyək. Balıq başdan iylənir. Bu balığın başı isə İliçdən savayı kim olasıdır ki?

O, rəsmən təslimdir. Əl-ayağını işdən çoxdan soyudub, sezonun bitməsini gözləyir.

«Neftçi» onların şəhərində əlahiddə futbol nümayiş etdirmədi. Bununla belə, çoxsaylı qol epizodları yaratdılar, 3 xalı 3 dəqiq zərbəylə qazandılar.

«Sumqayıt» qonaqlarına sürət təklif etmədi, yerində oynadı.

Ninkoviç cərimə zərbəsindən vurduğu o möhtəşəm qolla hesabı bərabərləşdirəndən sonra azacıq ruhlansaydılar və tablodakı rəqəmləri öz xeyirlərinə dəyişməyə can atsaydılar, hər şey «Sumqayıt»ın xeyrinə dəyişəcəkdi.

O istək və həvəs ev sahiblərinin oyununda gözə dəymədi. Sən istəməyəcəksən, qarşındakı istəyəcək və istədiyini alacaq. Aldı da.

ELNUR

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti