Misli Premyer Liqasının 26-cı turu çərçivəsində keçirilən maraqlı qarşılaşmada “Neftçi” səfərdə “Sumqayıt”ı məğlub edib.
Sportinfo.az xəbər verir ki, Sumqayıt şəhər stadionunda baş tutan matç qonaq komandanın 3:1 hesablı üstünlüyü ilə yekunlaşıb.
“Ağ-qaralar”ın heyətində qolları 36-cı dəqiqədə penaltidən Freddi Varqas, 65-ci dəqiqədə İfeanyi Metyu və oyunun sonlarında – 89-cu dəqiqədə Vensan Abubakar vurublar.
Meydan sahiblərinin yeganə qoluna isə 53-cü dəqiqədə Nikola Ninkoviç imza atıb.
Bu qələbədən sonra xallarını 40-a çatdıran “Neftçi” turnir cədvəlində 5-ci pillədə qərarlaşıb. “Sumqayıt” isə 32 xalla 7-ci sıradadır.
“Sumqayıt” - “Neftçi” 1:3
M.H. Sumqayıt şəhər stadionu, 1950 tamaşaçı
Baş hakim: Kamal Umudlu
Baş hakimin köməkçiləri: Vüsal Məmmədov, Eyyub İbrahimov
Dördüncü hakim: Əli Əliyev
VAR: Rəvan Həmzəzadə
AVAR: Cəmil Quliyev
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Seymur Səlimli
Sarı vərəqə: Sənan Muradlı, 34 (qeyri-idman hərəkəti)
Qollar: Nikola Ninkoviç, 53 // Freddi Varqas, 36 (p.); İfeanyi Metyu, 65; Vensan Abubakar, 89
Artırılan vaxt: I hissədə 3 dəq; II hissədə 3 dəq.
“Sumqayıt”
1. Mehdi Cənnətov
3. Höccət Haqverdi
7. Rüstəm Əhmədzadə
(21. Nihad Əhmədzadə, 74)
8. Səbuhi Abdullazadə (k)
(29. Emil Mustafayev, 79)
24. Sənan Muradlı
75. Nadir Orucov
9. Aleksandr Ramalinqom
10. Nikola Ninkoviç
(11. Aleksa Yankoviç, 74)
72. Rayan Senhadjic
6. Sedrik Badolo
(23. Ronaldo Vaskez, 79)
95. Nsana Simon
(71. Masaki Murata, 74)
Ehtiyat oyunçular:
22. Xəyal Fərzullayev
12. Murad Ağamalıyev
37. Nihad Orucəli
33. Danilo Beskorovaynıy
Baş məşqçi: Saşa İliç
“Neftçi”
13. Kenan Piriç (k)
4. Elvin Camalov
(23. Cordan Rezabala, 65)
15. Elvin Bədəlov
7. Emil Səfərov
77. Falaye Sako
24. Mustafa Sek
5. İqor Ribeyro
18. İfeanyi Metyu
(6. Sessi Dalmeyda, 78)
33. Breno Almeyda
(47. Murad Məmmədov, 65)
11. İmad Faraj
(28. Alessio Kurçi, 78)
10. Freddi Varqas
(45. Vensan Abubakar, 81)
Ehtiyat oyunçular:
1. Emil Balayev
81. Məhdi Həsənov
17. Murad Xaçayev
19. Ağadadaş Salyanskiy
14. Edvin Kuç
70. Andrey Ştoqrin
22. Luis Ortis
Baş məşqçi: Yuri Vernidub

