Ötən ilin iyulunda «Sumqayıt»la birillik müqavmilə imzalayan Saşa İliç gələn mövsümü də Azərbaycanda keçirə bilər.
Bu barədə onunla yaxın münasibətləri olan menecerlərdən biri redaksiyamıza məlumat verib.
Həmin agentin bildirdiyinə görə, adıçəkilən baş məşqçi ölkəmizdə qalmaq istəyir:
«Onun bir neçə variantı var. Bəlkə də «Sumqayıt»da qalacaq.
Bəlkə də Azərbaycanda başqa bir komandaya keçəcək. Hələ ğheç nə demək olmaz.
Ancaq bu, dəqiqdir ki, İliç Azərbaycanda işləməkdə maraqlıdır. Ona görə də digər ölkələrdən gələ biləcək təkliflərlə bir elə yaxından maraqlanmır».
İliçin baş məşqçi kimi ilk iş yeri “Çukariçki” olub. 2021/22 mövsümünün əvvəlində komandanın başına gətirilib, apreldə qovulub.
Növbəti mövsümün əvvəlində - 2022-nin iyununda Sofiya ÇSKA-sının sükanı arxasına keçən mütəxəssisin ən uzunmüddətli iş yeri elə buradır.
2023-ün iyulunda Bolqarıstan klubundan da ayrılıb. Amma işsiz günləri o qədər də uzun sürməyib. 2023-ün oktyabrından Yunanıstanda - “Atromitos”da işləməyə başlayıb.
“Atromitos” mövsümü 8-ci yerdə bitirib və İliç ötən ilin mayında Yunanıstandan ayrılıb. Amma cəmi iki gün sonra Rusiyada görünüb.
Nijni-Novqorod təmsilçisi “Pari” ilə müqavilə bağlayıb. “Pari” sezonun sonunda 13-cü yeri tutub, pley-offda isə “Soçi”yə uduzmaqla premyerliqada yerini itirib.
Ancaq soydaşımız Tufan Sadıxovun sahibi olduğu “Ximki” elitadan qovulduğundan, “Pari” çempionatda qalıb. Bununla belə, klub rəhbərliyi onunla yoluna davam etməyib.
SPORTİNFO.AZ

