"Sumqayıt" müdafiəçisi Höccət Haqverdi ilə bağlı qərarını dəyişib.
Dünənə qədər onun "Sumqayıt"dakı üçüncü dövrünün də uzun sürməyəcəyi dəqiq idi.
Ötən yay böyük ümidlərlə transfer edilən sabiq milli üzvünün çıxışı klub rəhbərliyini tam razı salmayıb.
33 yaşılı müdafiəçi meydana çıxdığı 17 görüşdə 2 qolla yadda qalıb.
Lakin yaxşı yerli oyunçu azlığını nəzərə alan rəsmilər onunla yola davam etməyə qərar verib.
Amma bir şərtlə - əməkhaqqında güzəşt etməlidir.
Arxa xətt oyunçusu düşünmək üçün zaman istəyib. Sabiq milli üzvü digər təklifləri gözdən keçirəndən sonra yekun qərarını verəcək.
Höccət əvvəlki iki dönəmdə yaxşı çıxışlarına görə "kimyaçılar"dan ayrılmalı olub.
Bir dəfə "Traktor"a üz tutub, digərində "Neftçi"yə transfer edilib.
XANOĞLAN / SPORTİNFO.AZ

