"Sumqayıt"lı Ronaldodan nə XƏBƏR VAR?

31 Mart 08:50 Sumqayıt 718
"Sumqayıt"lı Ronaldodan nə XƏBƏR VAR?

"Sumqayıt"ın legioneri Ronaldo Vaskezin çıxış etdiyi Dominikan Respublikası yığması Kuba komandası ilə üz-üzə gəlib.

Sportinfo.az xəbər verir ki, "CONCACAF Series"in ikinci mərhələsi çərçivəsində baş tutan qarşılaşma 1:1 hesablı bərabərliklə yekunlaşıb.

Hesabı 50-ci dəqiqədə kubalılar açsalar da, Dominikan Respublikası cəmi 3 dəqiqə sonra Dorni Romeronun qolu ilə tarazlığı bərpa edərək məğlubiyyətdən xilas olmağı bacarıb.

Vaskez bu matça start heyətində başlayıb və 68-ci dəqiqədə Edison Askona ilə əvəzlənib.

Daha öncə Dominikan Respublikası təmsilçiləri El Salvador yığması ilə qarşılaşıb. Matç 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.

"Sumqayıt"ın digər futbolçusu Abdul Raşid Mumininin çıxış etdiyi Benin yığması martın 31-də Qvineya ilə yoldaşlıq görüşü keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti
3 Sentyabr 19:10 "Zirə" yen transfer etdi
3 Sentyabr 18:10 Çək və bizə göndər!
3 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM