Müharibə Azərbaycan klubunun səfər planını POZDU

29 Mart 16:05 Sumqayıt 813
Müharibə Azərbaycan klubunun səfər planını POZDU

"Sumqayıt”ın U-11 komandası 25-29 mart tarixlərində Qırğızıstanın Bişkek şəhərində keçiriləcək “Lions Cup: Dordoi Trophy 2” beynəlxalq turnirində iştirak edir.

"Kimyaçılar" növbət ay isə U-15 komandasını Türkiyənin Antalya şəhərində keçiriləcək "Junior Word Cup" beynəlxalq turnirinə göndərməyi planlaşdırırdı.

Amma bu istək baş tutmayacaq.

Yaxın Şərqdə baş verən siyasi proseslər üzündən qardaş ölkədə keçirilməli olan turnir təxirə salınıb.

Ona görə də U-15 komandasının xaricə səfəri baş tutmayıb.

Turnirin oktyabr ayında keçirilməsi nəzərdə tutulub.

Bu barədə iştirakçılara məlumat verilib.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
3 Sentyabr 19:10 "Zirə" yen transfer etdi
3 Sentyabr 18:10 Çək və bizə göndər!
3 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM