Vəzifəsindən istefa verməyəcək - İki dünya bir olsa da!

27 Mart 22:30 Sumqayıt 265
Vəzifəsindən istefa verməyəcək - İki dünya bir olsa da!

Ötən ilin iyulunda «Sumqayıt»ın sükanı arxasına keçən Saşa İliç istefa verməyəcək.

Serbiyalı çalışdırıcı bununla bağlı mövqeyini klub rəsmilərinin diqqətinə çatdırıb.

Balkanlı çalışdırıcı bildirib ki, bundan sonra nə olur-olsun, müqavilə müddəti bitənədək, yəni, iyunadək buradakı fəaliyyətini davam etdirəcək.

İndiyədək işlədiyi yerlərdə 1 ildən artıq qalmayan İliç deyib ki, «Sumqayıt»da aldığı nəticələr onda böyük məyusluq yaradıb, ancaq uğursuzluğun günahkarı qismində yalnız özünü görmür.

Sabiq «Qalatasaray»lı iddia edib ki, onun istədiyi transferlər həyata keçirilsəydi, komanda hazırda Premyer Liqanın liderlər qrupunda yer almışdı.

«Kimyaçılar» ölkə kuboku ilə 1/8 final mərhələsində vidalaşıb. Çempionatda da vəziyyət üz güldürmür.

25 tura 32 xal toplamış «gənclik şəhəri» təmsilçisi turnir cədvəlinin yeddinci pilləsində qərarlaşıb və avrokuboklara vəsiqə qazanmaq şansını praktiki olaraq itirib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti