Peşəkar yanaşma, yoxsa kütlənin istədiyi? - ACI REALLIQ

24 Mart 22:55 Sumqayıt 171
Peşəkar yanaşma, yoxsa kütlənin istədiyi? - ACI REALLIQ

"Sumqayıt" meydandakı nəticələrinə görə haqlı tənqdi olunur. Ən sərt formada özüm edirəm/edəcəm.

Amma infrastrukturuna görə bu klubu ancaq və ancaq alqışlamaq lazımdır.

Hətta ölkədə bu baxımdan ikinci olmağa iddialıdır.

Klub uzun müddətdir eyni anda 3 təbii meydançaya baxır.

Özü də ideal səviyyədə.

Əbəs deyil ki, bu gün Premyer Liqanın iki klubu - "Turan Tovuz" və "Araz-Naxçıvan" "kimyaçılar"a möhtac qalıb. Ev oyunlarını Sumqayıtda keçirir. Daha əvvəl də oxşar hal yaşanıb.

Azərbaycan millisi "FİFA Series" turnirində ev oyunlarını burada keçirəcək.

Əsas milli və U-21 ötən il də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda rəqiblərini qəbul edib.

Ötən mövsüm ölkə kubokunun finalı da Sumqayıtda baş tutub.

Düzdü, bir çox hallarda əksəriyyət üçün pərdənin arxasında qalan bu cür vacib məqamlar maraqlı gəlmir.

Onları daha çox nəyin bahasına olsa da avrokuboklara getmək maraqlandırır.

Təəssüf ki, əksər klub rəhbərləri də elə həmin dayaz düşüncəli kütlənin izi ilə gedir...

Amma futbolda birinci uğur sənin qurduğu infrastruktur olmalıdır.

Meydandakı nəticələr gec də gələ bilər.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti