Klub başqanı: "Qara zolağ"a düşmüşük, buradan çıxmaq hələlik alınmır"

18 Mart 14:00 Sumqayıt 1 517
Klub başqanı: "Qara zolağ"a düşmüşük, buradan çıxmaq hələlik alınmır"

"Əlbəttə, komandanın son oyunlardakı nəticələri bizi çox narahat edir”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Sumqayıt"ın prezidenti Riad Rəfiyev deyib.

Saşa İliçin çalışdırdığı kollektiv ölkə kubokunda mübarizəni erkən - ¼ final mərhələsində dayandırıb.

Çempionatda vəziyyət ürəkaçan deyil:

24 turdan sonra turnir cədvəloində yeddinci pilləyə eniblər. Aktivində 32 xalı olan «Sumqayıt» de-fakto medalçılar sırasına düşmək şansını itirib.

«Gəncoik şəhəri» təmsilçisinin rəhbəri mövcud vəziyyəti bu cür dəyərləndirib:

"Təəssüf ki, "qara zolağ"a düşmüşük və cəhdlərimizə rəğmən, buradan çıxmaq hələlik alınmır. Amma əlimizi-qolumuzu yanımıza salıb dayanmaq fikrimiz yoxdur.

Bütün komanda olaraq çalışırıq ki, uğursuzluğa son verək.

Əminəm ki, bir qələbə ilə hər şey dəyişəcək və momentum yenidən bizim xeyrimizə dönəcək.

Bu baxımdan komandamıza, baş məşqçimizə güvənimiz tamdır. Ona inanırıq və bizi bu çətin vəziyyətdən çıxaracağına inanırıq".

Digər Xəbərlər
Xəbər Lenti
7 Noyabr 18:10 Çək və bizə göndər!
7 Noyabr 17:40 Biri belə, biri elə