Premyer Liqa təmsilçisi qışda gətirdiyi əcnəbini yayda yola salacaq

16 Mart 22:20 Sumqayıt 1 431
Premyer Liqa təmsilçisi qışda gətirdiyi əcnəbini yayda yola salacaq

Mövsümün sonu "Sumqayıt"dan ayrılacaq oyunçular sırasında Danilo Beskorovaynıy da olacaq.

“Polissya” klubuna məxsus ukraynalı müdafiəçi qış fasiləsində "kimyaçılar"a qoşulmuşdu.

Onun icarə müqaviləsi yayda başa çatacaq.

Sumqayıt təmsilçisi stoperi düşərgədə saxlamaqda maraqlı deyil.

Ona görə də qarşı tərəflə heç bir danışıq aparılmayacaq.

26 yaşlı legioner arxada qalan müddətdə 9 görüşdə forma geyinib.

Danilo Beskorovaynıy karyerası ərzində “Polissya” ilə yanaşı Ukraynanın “Volın”, “Krivbas”, Litvanın “Atlantas”, Slovakiyanın “Mixalovtse”, “Dunayska Streda”, Qazaxıstanın “Astana” klublarında çıxış edib.

O, Ukraynanın U-20 millisində 9 oyun keçirib.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
3 Sentyabr 19:10 "Zirə" yen transfer etdi
3 Sentyabr 18:10 Çək və bizə göndər!
3 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM