Premyer Liqa klubunun azarkeşləri futbolçuları bu cür peşman etdi - VİDEO

16 Mart 17:00 Sumqayıt 1 395
Premyer Liqa klubunun azarkeşləri futbolçuları bu cür peşman etdi - VİDEO

"Sumqayıt" "qara zolaq"dan heç cür çıxa bilmir.

"Kimyaçılar" bu dəfə doğma meydanda "Şamaxı"ya məğlub oldu - 0:1.

Bununla da qələbəsiz seriya 8-ə çatdı.

Başverənlərdən yerli publika da kəskin narazıdır.

Elə matçdan sonra yaşananlar belə deməyə əsas verir.

Final fitindən sonra fanatlar təşəkkür üçün onlara yaxınlaşan futbolçuların ünvanına öz narazılıqlarını aşkar bildirdilər.

Olanlardan pərt olan kollektiv suyu süzülə-süzülə geri qayıtmalı oldu.
Xüsusilə də qapıçı Xəyal Fərzullayev hədəf seçilmişdi.

Aşağıdakı linkə daxil olaraq videonu izləyə bilərsiniz:

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
7 Noyabr 18:10 Çək və bizə göndər!
7 Noyabr 17:40 Biri belə, biri elə