“Geri çəkilmək fikrimiz yoxdur” – Çıxış yolunu da göstərdi

16:40 Sumqayıt 124
“Geri çəkilmək fikrimiz yoxdur” – Çıxış yolunu da göstərdi

Qış fasiləsinə qədər özü barədə yüksək fikirlər formalaşdıran “Sumqayıt” yeni ildə özünə bənzəmir.

Saşa İliçin çalışdırdığı kollektiv yanvardan bu yana meydana çıxdığı 7 oyunda yalnız 1 qələbə qazanmaqla avrokuboklara vəsiqə verən yerlərdən uzaqlaşmaqda davam edir.

“Karvan-Yevlax”la qeydə alınan bərabərlik (1:1) “kimyaçılar”ın vsəiqə uğrunda vəsiqədən vaxtından əvvəl uzaq düşəcəyini göstərdi.

Maraqlıdır ki, “kimyaçılar”ın əsas heyət üzvlərindən sayılan Masaki Murata bu fikirdə deyil.

Yapon yarımmüdafiəçi Sportinfo.az-a açıqlamasında iddianı sona qədər davam etdirəcəklərini bəyan edib:

“Düzdür, əvvəlki dönəmlə müqayisədə turnir cədvəlindəki vəziyyətimiz yaxşı deyil.

Ancaq qarşıda 10 oyun var. Bu isə 11 mümkün 30 xal deməkdir.

Sonda nələrin baş verəcəyini indidən təxmin edə bilmərik. Çünki futbol qəribəliklərlə zəngindir.

Əsas rəqiblərimizlə oyunlarımız olacaq. Mübarizlik göstərməklə sona qədər mübarizə aparacağıq. Geri çəkilməz fikrimiz yoxdur.

Hər şey öz əlimizdədir. Qış fasiləsinə qədər göstərdiyimiz oyunu ortaya qoya bilsək, üst pillələrdəki rəqiblərlə xal fərqini azalda bilərik. Özümüzdən asılıdır”.

23 turdan sonra aktivində 32 xal olan “Sumqayıt” 6-cı pillədə qərarlaşıb.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti