Prezident sərt üzünü göstərdi - “Neftçi”dən qovulan baş məşqçinin ayağı bura dəyməyəcək!

14:40 Sumqayıt 330
Prezident sərt üzünü göstərdi - “Neftçi”dən qovulan baş məşqçinin ayağı bura dəyməyəcək!

Samir Abasov yaxın illərdə «Sumqayıt»a qayıda bilməyəcək.

Bu, klubun prezidenti Riad Rəfiyevin mövqeyidir.

2018-ci ilin yazından bəri «kimyaçılar»a başçılıq edən təcrübəli idarəçi onunla görüşən bir qrup azarkeşlə söhbətində öz fikrini çəkinmədən söyləyib.

O, Abasovun geri qaytarılmasını təklif eləyən fanatlara «bu, mümkün deyil» cavabı verib.

«Gənclik şəhəri» təmsilçisinin rəhbəri bildirib ki, Abasov ötən illər ərzində üç dəfə komandanın sükanı arxasına əyləşib, amma onları çətin vəziyyətdə buraxaraq gedib.

«Sumqayıt»ın karvansara olmadığını söyləyən prezident haqlı olaraq qeyd edib ki, hər dəfə pula görə, yaxud hansısa bəhanəni ortalığa ataraq kollektivi yarıyolda qoyaraq gedən məşqçiyə bir daha etimad göstərmək istəmir.

Samir Abasov 4 aya yaxındır işsizdir. «Neftçi» onu ötən ilin noyabrın 25-də istefaya göndərib.

“Sumqayıt“ Saşa İliçlə müqaviləni uzatmayacaq. Klub rəhbərliyi bu qərarı ilə hazırkı baş məşqçini məlumatlandırıb.

Serbiyalı mütəxəssisin diqqətinə çatdırılıb ki, onun fəaliyyəti uğurlu sayılmadığından, işbirliyi iyunda bitəcək. Yəni, İliç həmin vaxtadək buradak qalacaq, ondan sonra isə ölkəsinə dönəcək.

“Sumqayıt“ ötən ilin iyulunda balkanlı çalışdırıcı ilə 1 illik müqavilə imzalayıb.

İliçin baş məşqçi kimi ilk iş yeri “Çukariçki” olub. 2021/22 mövsümünün əvvəlində komandanın başına gətirilib, apreldə qovulub.

Növbəti mövsümün əvvəlində - 2022-nin iyununda Sofiya ÇSKA-sının sükanı arxasına keçən mütəxəssisin ən uzunmüddətli iş yeri elə buradır.

2023-ün iyulunda Bolqarıstan klubundan da ayrılıb. Amma işsiz günləri o qədər də uzun sürməyib. 2023-ün oktyabrından Yunanıstanda - “Atromitos”da işləməyə başlayıb.

“Atromitos” mövsümü 8-ci yerdə bitirib və İliç ötən ilin mayında Yunanıstandan ayrılıb. Amma cəmi iki gün sonra Rusiyada görünüb.

Nijni-Novqorod təmsilçisi “Pari” ilə müqavilə bağlayıb. “Pari” sezonun sonunda 13-cü yeri tutub, pley-offda isə “Soçi”yə uduzmaqla premyerliqada yerini itirib.

Ancaq soydaşımız Tufan Sadıxovun sahibi olduğu “Ximki” elitadan qovulduğundan, “Pari” çempionatda qalıb. Bununla belə, klub rəhbərliyi onunla yoluna davam etməyib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti