BU ŞƏHƏR ASAN HEKAYƏLƏRİ SEVMİR…
Sumqayıtın tək böyük klubu olan "Sumqayıt" qarşıdakı görüşə məhz bu sloqonla hazırlaşır.
Heç də təsadüfi deyil.
Kollektiv evdə sonuncu qələbəsini ötən ilin 9 dekabrında qazanıb.
"İmişli"ni minimal hesabla (1:0) məğlub edərək.
Sonrakı 3 ayda "kimyaçılar" keçirdiyi 11 görüşdə cəmi bir qələbə qazanıb.
Onu da Yevlax səfərində.
Bir sözlə, mövsümə əla start verən Sumqayıt təmsilçisi yaxşı günlərdən keçmir.
Belə hara qədər gedə bilər?
Hardasa bu "qara zolaq"dan çıxmaq lazımdır axı...
Yarım milyonluq şəhər yeni möcüzə axtarışındadır.
Elə kollektivin tək məqsədi də budur.
Qarşıdakı "Şamaxı" matçında qələbə qazanıb, pis günləri geridə qoymaq...
Avrokuboklara getmək mübarizəsini davam etdirmək...
Şəhərin aylara dayanan qələbə həsrətinə son vermək...
Qısası, klub daxilində bu görüşə çətin görünən hekayənin start nöqtəsi kimi baxılır.
Azarkeşlər isə baş rolda...
Bəli, klub çətin gündə onlara qucaq açıb.
Qarşılaşmaya giriş biletlərini pulsuz etməklə.
İndi qalır əl-ələ verib bu günləri arxada qoymaq.
XANOĞLAN / SPORTİNFO.AZ

