Avrokuboklara getmək şansı azaldı, əlavə gəlir mənbəyi qapadıldı

09:40 Sumqayıt 1 181
Avrokuboklara getmək şansı azaldı, əlavə gəlir mənbəyi qapadıldı

«Sumqayıt»ın futbolçuları mükafat qazanmaq imkanını qaçırıb.

Keçirdiyi son 11 oyunda cəmi 1 qələbə qazanan «gənclik şəhəri» təmsilçisi mövsümün qalan hissəsində əlavə gəlir əldə etməyəcək.

Bu, rəhbərliyin adekvat cəza tədbiridir.

Komandaya 3 ay ərzində yalnız «quru» əməkhaqqı ödəniləcək.

Bundan ötrü küsüb eləməyə dəyməz. Səbəbkar özləridir.

Çünki «Sumqayıt» avrokuboklara vəsiqə qazanmaq şansını artıq möcüzəyə buraxıb.

«Zirə»yə uduzaraq ölkə kubokunda mübarizəni ¼ final mərhələsində dayandıran «kimyaçılar» Premyer Liqada 32 xala malikdir.

Turnir cədvəlinin altıncı pilləsində qərarlaşmış sumqayıtlılar liderlər qrupundan bir xeyli uzaq düşüb.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti