"Mən kimisə mühakimə etmək niyyətində deyiləm"

00:20 Dünya futbolu 59
"Mən kimisə mühakimə etmək niyyətində deyiləm"

Lissabon “Sportinq”inin baş məşqçisi Paulo Fonseka, Kriştiano Ronaldonun Portuqaliya millisindəki karyerasını başa vurmaq qərarına münasibət bildirib.

Sportinfo.az xarici KİV-ə xəbər verir ki, portuqaliyalı mütəxəssis, Ronaldonun şərəfinə vida matçı təşkil olunmasını təklif edib.

O, bu qarşılaşmanın “Sportinq”in stadionunda keçirilməsinin tərəfdarı olduğunu deyib:

“Bu mövzu ətrafında çox danışılıb. Mən kimisə mühakimə etmək niyyətində deyiləm.

Düşünürəm ki, Ronaldo layiq olduğu ehtiramı görməli və ona nə qədər dəyər verdiyimizi hiss etməlidir. Nə baş verməsindən və kimin haqlı olmasından asılı olmayaraq, bütün zamanların ən yaxşı portuqaliyalı futbolçusuna hörmətimizi bildirməliyik.

Düşünürəm ki, biz portuqaliyalılar belə bir tədbirin, vida matçının keçirilməsini dəstəkləməliyik. Mən bu oyunun bizim stadionda təşkil olunmasını təklif edərdim.

Artıq inciklikləri bir qədər kənara qoyub birləşməyin və buna layiq olan futbolçuya ehtiram göstərməyin vaxtıdır”.

41 yaşlı Ronaldo ötən günlərdə Portuqaliya millisindəki karyerasını başa vurduğunu elan edib.

Digər Xəbərlər
Xəbər Lenti
7 Noyabr 18:10 Çək və bizə göndər!
7 Noyabr 17:40 Biri belə, biri elə