“Özümüzdə də problem var, səbəbini biz də bilmirik”

9 Mart 16:20 Sumqayıt 735
“Özümüzdə də problem var, səbəbini biz də bilmirik”

“Sumqayıt” Misli Premyer Liqasının XXIII turunda səfərdə “Karvan-Yevlax”la 1:1 hesablı heç-heçə edib.

Sportinfo.az xəbər verir ki, “kimyaçılar”ın 20 yaşlı yarımmüdafiəçisi Nihad Əhmədzadə komandasının uğursuz nəticələri ilə bağlı sualı cavablandırıb:

“Əslində, oyun bizim üçün yaxşı başlamışdı. Həm komandam, həm də mənim üçün pis alınmırdı.

Sadəcə, sona yaxın bir az boşluqlar verdik. Nəticədə də qol buraxdıq və xal itirdik.

Komandamız çempionatda 5 oyundur qələbə qazanmır. Səbəbini tam olaraq biz də bilmirik.

Psixoloji amillə bağlıdır. Çünki bu aralar qələbə qazana bilmirik. Bu da istər-istəməz psixologiyamıza təsir edir.

Özümüzdə də problem var. Rəqiblər də mövsüm boyu get-gedə güclənir”.

Digər Xəbərlər
Xəbər Lenti
3 Sentyabr 19:10 "Zirə" yen transfer etdi
3 Sentyabr 18:10 Çək və bizə göndər!
3 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM