Azərbaycanda “ölən” məşhur “Qalatasaray”lı - Qovulmasını istəyirlər!

8 Mart 23:20 Sumqayıt 1 042
Azərbaycanda “ölən” məşhur “Qalatasaray”lı - Qovulmasını istəyirlər!

Artıq son deyə bilərik. «Sumqayıt» ötən il olduğu kimi, bu yay da avrouboklarda iştirak etməyəcək.

«Karvan»la dünənki oyun bu ümidləri lap öldürdü.

Gərək indən belə hansısa möcüzə baş versin ki, «Sumqayıt» Binə hava limanından o tərəfə bilet alsın.

Gedə bilərlər e, amma turist kimi. Gəzmək üçün Avropa əla yerdir. Amma avrokuboklarda yeri yoxdur daha bu komandanın.

Saşa İliç anarxiya yaradıb düşərgədə. Ağız deyəni qulaq eşitmir. Baş məşqçini nə sayan var, nə dinləyən.

O boyda futbolçu keçmişi olan, «Qalatasaray»da ad çıxaran İliç «Sumqayıt»da bütün hörmətini qoyub gedəcək.

İstisna etməyək - bəlkə bu gün, bəlkə sabah, bəlkə də bir həftə sonra səhəri İliçin istefa xəbəriylə açacağıq.

Davım etməsi üçün tutarlı səbəb qalmayıb artıq - kubok yarışmasıyla ¼ final mərhələsində vida ediblər, Premyer Liqada da liderlər qrupundan bir xeyli uzaq qalıblar.

Futbolçular oynamır. Marsdan da baxsan, Yupiterdən də baxsan, görmək, anlamaq olur bunu.

«Zirə» ilə kubok matçından sonra rəhbər şəxslən eşitdikləri ağır sözlər onlarda qımıldanma, qığılxam yaratmayıbsa, görün, baş məşqçiyə antipatiyaları nə səviyyədədir!

MUSA

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti