"Partizan"ın kapitanı olmuş əcnəbinin Azərbaycandakı QORXAQLIĞI

17:00 Sumqayıt 107
"Partizan"ın kapitanı olmuş əcnəbinin Azərbaycandakı QORXAQLIĞI

"Sumqayıt" 2026-cı ildə yeganə qələbəsini "Karvan-Yevlax" üzərində qazanmışdı.

Bu dəfə onu da bacarmadı.

Mənə oyundan, nəticədən çox baş məşqçi Saşa İliçin oyundan sonrakı mətbuat konfransındakı açıqlamaları qəribə gəldi.

- Rəhbərlikdən gələn tapşırıqdır. Bizə deyiblər ki, daha çox akademiyanın yetirmələrinə şans verin.

- Transferlə bağlı məsələlər məndən asılı deyil.

- Penalı kimin vuracağı oyunçuların öz aralarında verdiyi qərar idi. Onların qərarına mən qarışmıram.

Açıqlamalardan belə çıxır ki, meydandan kənar qərarları rəhbərlik, meydandakını da futbolçular verir.

Bərəkallah...

Bu, bir məşqçinin özünə hörmət etməməsidir.

Bəs siz nə üçün lazımsınız, cənab Saşa?

"Partizan"ın kapitanı olmuş adamdan bu qədər cəsarətsiz olmağı gözləməzdim.

Məşqçi belə məqamda öz ağırlığını ortaya qoymalıdır.

Sona 10 tur qalır, 4-cü pillə ilə arada cəmi 6 xal fərq var.

Deməli, heç nə itirilməyib. Mübarizə hələ indi başlayır.

Toparlanmaq, özünə gəlmək mütləqdir.

Əvəzində təslimçi ruhu görürük.

Bu cür yanaşma kluba da, şəhərə də hörmətsizlikdir.

Ən sonda da baş məşqçi Saşa İliçin özünə.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti