“Çətin dönəmdən keçirik. Düşdüyümüz vəziyyətdən özümüz çıxmalıyıq”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Sumqayıt”ın futbolçusu Masaki Murata deyib.
Ötən həftə Yevlaxda “Kəpəz”dən 3 cavabsız top buraxan, ölkə kubokunda “Zirə”yə 0:2 hesabı ilə uduzaraq mübarizəni dayandıran “kimyaçılar” daha bir çətin sınaq qarşısındadır.
Maraqlıdır ki, sumqayıtlılar bu dəfə də Yevlaxa səfər edəcək. Qarşıdakı rəqib Yevlax şəhər stadionunun əsl sahibi “Karvan-Yevlax”dır.
Yaponiyalı yarımmüdafiəçi yaşananlara baxmayaraq, gələcəyə nikbin baxır və qələbə arzunu gizlətmir:
“Razıyam, psixoloji gərginlik müıəyyən çətinliklər yaradır. Yenidən məğlub olmaq qoruxusu, həyəcan, gərginlik.
Vəziyyətə özümüz düzəltməliyik. Heç kim bizə kömək edən deyil. Komanda şəklində birləşib əvvəlki oyunumuzu göstərməliyik ki, uğurlu nəticə əldə edək.
“Karvan-Yevlax”ı iki dəfə məğlub etmişik. Qələbənin birini məhz Yevlaxda qazanmışıq.
Demək ki, bunun üçün gücümüz var. Növbəti dueldən qalib ayrılmaq üçün əlimizdən gələni edəcəyik.
Ümid edirəm ki, bu oyundakı qalibiyyət bizim üçün dönüş nöqtəsi olacaq. Başqa yolumuz yoxdur”.
Martın 7-də Yevlax şəhər stadionunda baş tutacaq qarşılaşmanın start fiti saat 15:00-da çalınacaq.
HƏBİB

