“Ola bilər ki, psixoloji problemləri var, ümidlərimizi doğrultmur”

22:10 Sumqayıt 135
“Ola bilər ki, psixoloji problemləri var, ümidlərimizi doğrultmur”

"Sumqayıt" Bizon Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab görüşündə "Zirə"yə 0:2 hesabı ilə uduzaraq turnirdə mübarizəni dayandırıb:

Sportinfo.az xəbər verir ki, "kimyaçılar"ın baş məşqçisi Saşa İliç matçdan sonra keçirilən mətbuat konfransında sualları cavablandırıb:

- İlk növbədə "Zirə"ni təbrik edirəm. Kubok oyunları çətin keçir. Birinci hissədə yaxşı oynadıq, fasilədən sonra buraxılan səhvlər qolla nəticələndi. İkinci hissədə oyunu dəyişməyə çalışdıq. Amma Ninkoviçin aldığı qırmızı vərəqə planlarımızı pozdu.

- Komandada intizam problemi olduğunu qəbul edirsiz?

- Deməzdim. Oyunçuların bacarığına uyğundur. Verilən tapşırıqları yerinə yetirməyə çalışdılar.

- Nikola Ninkoviç qırmızı vərəqə alana qədər də komandanız rəqib müdafiəsini yara bilmirdi. Bunun səbəbi nə idi?

- Fürsətlərimiz çox olmadı. "Zirə"nin də qol epizodu çox deyildi. İlk fürətdəcə qol vurdular. Bu mövsüm onlarla 4 oyun keçirdik və hamısında bir-birimizə bərabər oyun göstərdik. "Zirə" keyfiyyətli komandadır.

- Mövsümə çox yaxşı başlamışdınız. Sonradan nə baş verdi ki, komanda bu cür enişə keçdi? Bəlkə qış planlarınız özünüzü doğrutlmadı?

- Oyunçularla bağlı müzakirə etmək istəməzdim. Bəli, yaxşı başlamışdıq. Müəyyən zamandan sonra eniş oldu. Qarşıda bizi oyunlar gözləyir. Çalışacağıq ki, əlimizdən gələni edək.

- Turnir cədvəlindəki vəziyyəti nəzərə alsaq, avrokuboklara nə dərəcədə ümidlisiz?

- Reallığa qalsa, çətindir. Fərq də böyükdür.

- Nikola Ninkoviçi təcrübəsinə əsaslanaraq komandaya dəvət etmisiz, komandanı arxasınca o aparmalıdır. Amma iki oyundur ki, sizi pis vəziyyətdə qoyur. Psixoloji sıxıntısı var, yoxsa nə məsələdir?

- Nikola Ninkoviçdən gözləntilərimiz böyükdür. Bu gün də qırmızı vərəqə aldı. Ola bilər ki, psixoloji problemləri var, dəqiq deyə bilmərəm. Ona ümidlərimiz var, amma o hələ ki ümidlərimizi doğrultmur.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti