ŞOK! 9 ildir dilimizi öyrənməyən, yenə Azərbaycanın çörəyini yeyən istedadsızi TANIYIRSIZ?

20:40 Sumqayıt 667
ŞOK! 9 ildir dilimizi öyrənməyən, yenə Azərbaycanın çörəyini yeyən istedadsızi TANIYIRSIZ?

Son dövrlər Rüstəm Samiqullinin adlı qapıçıya bənzər birindən çox yazıb, çox danışmışam.

Rusiyalı kiper "Səbail"in (6 ay burada qalıb) vasitəsilə ölkəmizə gətirilib, ardınca "Sabah" (5 mövsüm) və "Neftçi"də (1 mövsüm) bir işə yaramasa da uzun müddət ölkənin aşağı yaş millilərində belə çıxış edib.

Daha ətraflı saytın axtarış bölməsindən (Rüstəm Samiqullin yazmaq kifayətdir) yazıları tapıb, oxuya bilərsiniz.

Bu dəfə sizə ondan bir çömçə artıq səviyyədə olan daha bir rusiyalı qapıçıdan danışacam.

Bu, "Sumqayıt"ın və Azərbaycan millisinin futbolçusu Mehdi Cənnətovdur. Premyer Liqanın 22-ci turunun "Kəpəz"lə səfər oyununda (0:3) onun buraxdığı qollar adıçəkilən kiperin karyerasını vərəqləməyimə ciddi əsas verdi.

Axi bu "istedad" kimdir, haradan futbolumuza gəlib/gətirilib?

Lap başa gedək...

Mehdi 1992-ci ildə Mahaçqalada doğulub.

Futbola "Anji"də başlayıb.

4 aylıq "Baltika" karyerası xaric Rusiyada yalnız "Anji"də çıxış edib. Nə "Baltika"nın, nə də "Anji"nin əsas komandasında 1 rəsmi oyunda iştirak etməyib.

2015-ci ildə "Sakhal"a qarşı cəmi 6 dəqiqə meydanda olması xaric...

Ən yaxşı halda "Anji"nin əvəzedici komandasında çıxış edib.

Bu, onun Rusiyada keçən 25 yaşına qədərki karyerasının qısa xülasəsidir.

Azərbaycanın istedadlı skautlarımı deyim, dəllallarımı deyim bilmirəm...

2017-ci ildə onun hansısa istedadını görüb gətiriblər Azərbaycana.

İlk klubu da olub "Sumqayıt".

2010-cu ildə AFFA tərəfindən yaradılan, yerli oyunçuların inkişaf etdirilməsi məqsədi ilə legionerlərin çıxışına qadağa qoyulan "Sumqayıt".

Sumqayıt futbol şəhəridir. Buradan Nazim Süleymanov, Nazim Əliyev, Kamal Quliyev, İsmayıl Məmmədov kimi yüzlərlə istedad yetişib.

Amma həmin şəhərdə legionerin oynamasına qadağa qoyulan, yerli futbolçuların inkişafı üçün yaradılan "Sumqayıt" klubunda Mehdi səviyyədə bir qapıçı tapılmayıb.

Gedib Dağıstanda gətirib, milliləşdirib yerli statusla oynadıblar.

"Limit olanda guya nə qazandıq" deyən dostlar, əvvəlki illərdə sənəddə limit qadağası vardı. Əməldə Mehdi kimilər nə qədər desən futbolumuzda tapa bilərdiniz. 8 komandalı Bakı çempionatında cəmi 32 azərbaycanlı meydana çıxa bilirdi (legioner limiti 7+4 idi) onun da yarısını Mehdi kimi milliləşdirilən 5-ci sort əcnəbilər bron etmişdi.

Əlqərəz Mehdinin ölkəmizə gətirilməsinin 9 il arxada qalıb.

İlk 4 mövsümü "Sumqayıt"da keçirib.

2021/23-cü illər ardıcıl iki sezon "Zirə"də olub. Xüsusilə 2022/23 mövsümündə Rəşad Sadıqov ondan az çəkməyib. Məhz onun xətalarına görə "qartallar" son 5 mövsümdə ilk dəfə avrokuboklardan kənarda qalıb. Əbəs deyil ki, mövsümün sonu klubdan göndərilən ilk adam Cənnətov oldu.

Nə küçədə qaldı, nə də Rusiyaya qayıtdı.

Geri döndü doğma "Sumqayıt"ına...

25 yaşına qədər Rusiya Premyer Liqasında bir rəsmi oyuna çıxmayan (6 dəqiqə xaric) Cənnətov sonrakı 9 ildə Azərbaycan Premyer Liqasında 2016 rəsmi oyuna çıxıb. "Zirə" formasında 53, "Sumqayıt"da isə 163 görüş keçirib.

Hələ bu azmış kimi ölkənin bir nömrəli komandasının bir nömrəli qapıçısına çevrildi.

Artıq 34 yaşı olan Mehdi Azərbaycan millisinin heyətində 5 rəsmi oyuna çıxıb.

Bu ölkədə Mehdidən güclü qapıçı çıxmırsa, günah yerli uşaqlarda yox, mehdiləri bu ölkəyə ürcah edən dələduzlardadır.

Hər biri dövlət qarşısında cavab verməlidir.

Heç bir azərbaycanlı balasına 9 ay normal şans verilmədiyi halda, Rusiya futbolunun 5-ci sort yetirməsi 9 il Azərbaycanda əl üstə saxlanıb. Gözün üstə qaşın var deyilməyib.

5-10 azərbaycanlı balasının 5-10 manat artıq almasını dərd edən həmkarlarım, azarkeşlərim aradan bundan danışaq. Dərdimiz başqa yerdədir, sizi başqa yerlərə istiqamətləndirirlər. Aldanmayın!

Bu ölkədə nə qədər desən istedad var.

Amma istedadlı dələduzların qurduğu sistem onların üzə çıxmasının önünü kəsir.

9 ildə Mehdiyə azərbaycan dilini öyrədə bilməyəcək qədər aciz olan futbol idarəçilərimizdən bu ölkənin gələcəyinə pəpə yoxdur.

Axına düşüb, yerli balalarımızı qınamayın, topa-gülləyə tutmayın. İnandıra bilməsəm də and içə bilərəm ki, onlar futbolumuzun ən günhasız, ən saf adamlarıdır.

XANOĞLAN İMANOV

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti