Maaşları tam ödənilmir, mükafatları gecikir - Gözlərini UEFA-dan puluna dikdilər

14:20 Sumqayıt 248
Maaşları tam ödənilmir, mükafatları gecikir - Gözlərini UEFA-dan puluna dikdilər

" Sumyqayıt"da maliyyə çatıhmazlığı yaranıb.

Bu haqda redaksiyamıha "kimyaçılar"ın bir neçə futbolçusu məlumat verib.

Onların bildirdiyinə görə, artıq iki aydır ödəmələrdə gecikmə mövcuddur, maaşlarını tam şəkildə almırlar.

Dediklərinə görə, mükafatların verilməsi də problemə çevrilib. Dörd oyunun "ənam"ını gözləyə-gözləyə qalıblar.

Səbəbi ilə maraqlanıblarmı? Bəli.

Nə cavab alıblar? Klub rəsmiləri vəd edib ki, mövcud çətinlik müvəqqətidir, UEFA-dan gələcək pulu gözləyirlər.

Həmin məbləğ büdcəyə köçürülən gün bütün borclar bağlanacaq.

Futbolçulara inansaq, komandanın son vaxtlar qeyri-sabit çıxış etməsi sırf bu amillə əlaqədardır.

Maliyyə öhdəlikləri vaxtında yerinə yetirilmədiyindən, toparlana, bütün diqqətlərini oyunlara yönəldə bilmirlər.

"Sumqayıt" Premyer Liqanın arxada qalan 21 həftəsində 31 xal toplayıb. "Gənclik şəhəri" təmsilçisi bu göstərici ilə turnir cədvəlinin altınca pilləsində "mənzillənib".

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti