Yeni transfer açıq danışdı: "Onların işini xüsusi qeyd etməliyəm"

25 Fevral 22:20 Sumqayıt 147
Yeni transfer açıq danışdı: "Onların işini xüsusi qeyd etməliyəm"

"Sumqayıt"ın 2026-cı ildə heyətinə qatdığı Sedrik Badolo Sportinfo.az-a açıqlama verib.

28 yaşlı hücumçu "Sumqayıt"da keçən ilk günləri və təmsil olunduğu şəhər barədə ağızdolusu danışıb:

"Burada olmaqdan çox xoşbəxtəm. Şəhər çox xoşuma gəldi.

İnsanları çox istiqanlıdır. Məşqçilər korpusu çox əziyyət çəkir. Onların işini xüsusi qeyd etməliyəm.

Şəraitdən çox razıyam. Məni hər şey qane edir".

Burkino Fasodan olan forvard daha əvvəl Azərbaycanda olduğunu sözlərinə əlavə edib:

"Daha əvvəl Azərbaycada olmuşam. "Şerif"in heyətində "Zirə"yə qarşı oynamışam.

Maraqlı oyun kimi yaddaşımda qalıb. Daha çox klubları izləyirdim.

Ona görə də bura gələnə qədər müəyyən məlumatlarım vardı".

XANOĞLAN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
25 Fevral 18:10 Çək və bizə göndər!