Burkina Faso millisinin hücumçusunu Azərbaycana kim gətirib?

14:00 Sumqayıt 254
Burkina Faso millisinin hücumçusunu Azərbaycana kim gətirib?

“Sumqayıt” 2025/26 mövsümünün ikinci yarısı üçün növbəti keçidini reallaşdırıb.

Son olaraq Trnava “Spartak”ında çıxış etmiş hücumçu Sedrik Badolo bura gətirilib..

Burkina Faso millisinin üzvü ilə 2026/27 mövsümünün sonunadək + 1 il şərtiylə anlaşma əldə olunub.

26 yaşlı forvard karyerası ərzində “Spartak” ilə yanaşı, vətənində “Salitas”, Moldovada “Şerif”, Slovakiyada “Poqroniye” kimi klublarda çıxış edib. O, Burkina Faso millisinin heyətində 30 oyun keçirib.

Afrikalının “Spartak”ı “Sumqayıt”a dəyişməsinin səbəbi də müəyyənləşib. Slovakiya mətbuatının yazdığına görə, o, oyun şansı əldə etmək üçün bu addımı atıb.

Belə ki, Badolo “Spartak”da əsasən ehtiyat qüvvə hesab olunurdu. Cari mövsüm bütün turnirlər daxil olmaqla ümumilikdə 10 oyuna çıxan hücumçu sonuncu dəfə 2025-ci ilin oktyabrında – yəni 4 ay əvvəl ölkə kuboku matçında meydana ayaq basıb.

Bildirilir ki, “Spartak” rəhbərliyi onu baş məşqçinin planlarına daxil olmadığı barədə məlumatlandırılıb. “Sumqayıt”ın təklifi də oyunçu üçün göydöndüşmə olub.

Nəticədə Badolo mövsümün sonuna qədər icarəyə götürülüb. O, millidəki yerini itirməmək üçün “Sumqayıt”da qısa müddətdə toparlanmağı və əvvəlki formasını bərpa etməyi hədəfləyir.

Ön xətt oyunçusunun ölkəmizə kimin vasitəsilə gəlməsini necə, bilmək istərdiz? Elə isə məlumunuz olsun ki, bu anlaşma Ceyhun Sulanovun sayəsində gerçəkləşib.

Hazırda “Araz-Naxçıvan”da seleksiya işlərinə cavabdehlik daşıyan funksioner “Sumqayıt”ın yeni hücumçu axtardığını bilincə, vasitəçilik missiyasını öz üzərinə götürüb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti