Baş məşqçidən yersiz qərar, öz yoldaşlarına “xəyanət” edən hücumçu

17:40 Sumqayıt 192
Baş məşqçidən yersiz qərar, öz yoldaşlarına “xəyanət” edən hücumçu

Bəzi futbolçular var ki, onların meydanda olmaması olmasından daha faydalıdır komandaya.

Çəkinmədən Aleksandr Ramalinqomu pis nümunə göstərərdik.

Fransa vətəndaşlığı daşıyan maqadaskarlı hücumçu meydanda yer aldığı 74 dəqiqə ərzində «Araz-Naxçıvan»a «işlədi».

Rəqib müdafiəçiyə qarşı etdiyi təcavüzkar davranışa görə aldığı qırmızı vərəqə müzakirə mövzusu olmamalıdır. Elçin Məsiyev ona sarı vərəqə göstərməklə işini bitmiş saysaydı, ev sahiblərinin haqqına girmiş sayılacaqdı.

Fiziki cəhətdən ağır görünən, əsəbləri təpəsində «oynayan» biri kimi topun gerisində qalan Ramalinqomun meydandan atılmasından sonra «Sumqayıt» öz oyununu tapdı, sürətləndi, «Araz»dan daha yaxşı təsir bağışladı.

«Sumqayıt»ı zəif hesab edənlər yanılır. Avrokuboklara vəsiqə uğrunda mübarizənin içinə qayıda bilərlər.

Bunun üçün Saşa İliçdən çox şey tələb olunmur. Baş məşqçi, sadəcə, düzgün kurs götürməlidir.

Serbiyalı ilk «11-liy»i tez-tez dəyişir, lazımsız rotasiyalara əl atır. Nə ehtiyac var axı buna?

Qapıdan tutmuş hücum bölgəsinə kimi hər həftə eksperment aparan İliç nə axtarır, kimi axtarır - bəndənizə elə gəlir ki, özü də bilmir.

ELNUR

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti