“Onlar olmasa, futbolun marağı qalmaz” - Niyə tək qalıblar?

17:45 Sumqayıt 111
“Onlar olmasa, futbolun marağı qalmaz” - Niyə tək qalıblar?

"Sumqayıt" uğurlu mövsüm keçirir. Daha böyük büdcəsi, keyfiyyətli heyəti olan "Turan Tovuz", "Zirə", "Araz Naxçıvan", "Neftçi" kimi rəqiblərlə rəqabətə tab gətirmək asan deyil.

Amma "kimyaçılar" nə qədər çətin görünsə də 21 turdan sonra avrokuboklar üçün mübarizəsini davam etdirir.

Nəticələrlə bərabər, göstərilən məzmunlu oyun da xoş sözlərə layiqdir.

Bu gün liqada ən yaxşı oyun sərgiləyən kollektivlərdən biri Saşa İliçin yetirmələridir. Ən böyük problem belə məqamda lazım olan qədər azarkeş dəstəyinin olmamasıdır.

Tribunlar yalnız "Neftçi" və "Qarabağ" kimi rəqiblərlə oyunlarda dolur. Məsələn, "Qəbələ" ilə son görüşdə tribunalarda cəmi 1000 nəfər yer alıb.

Qısası, nəticə var, oyun var, amma azarkeşlər yerində deyil.

Görəsən, bu məqam futbolçulara necə təsir? Azarkeşlər niyə oyunlara gəlmir?

Suallara cavab olaraq Sumqayıt təmsilçisinin məşhur siması Nikola Ninkoviç Sportinfo.az-a açıqlamasında bunları deyib:

"Əlbəttə, azarkeşlərimizin dəstəyi bizim üçün çox şey ifadə edir. Onlar olmadan futbolun marağı qalmaz.

Biz də hər matçda cəlbedici futbol oynamağa və qalib gəlməyə çalışırıq. Ümid edirəm ki, növbəti oyunlarda daha çox azarkeş bizi dəstəkləyər".

XANOĞLAN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti