"Onlar üzərimizə acgöz şəkildə gələcəklər" - Tanınmışla MÜSAHİBƏ

21:00 Sumqayıt 115
"Onlar üzərimizə acgöz şəkildə gələcəklər" - Tanınmışla MÜSAHİBƏ

"Sumqayıt"ın serbiyalı yarımmüdafiəçisi Nikola Ninkoviç Premyer Liqanın 19-cu turunda "Zirə"yə məğlub olduqları (2:3) görüşdən sonra Sportinfo.az-a müsahibə verib.

- Oyun barədə düşüncələrin necədir?

- Təəssüf ki, nəticədən razı qala bilmərik. Bir neçə fərdi səhvə yol versək də, düşünürəm ki, heç-heçə ədalətli nəticə olardı. Lakin onlar matçın sonlarında üçüncü qolu vurdular və təəssüf ki, qələbəni itirdik.

- Ən azı 1 xalı haqqın etdiyiniz oyunda niyə məğlub oldunuz?

- Bəzi fərdi texniki və taktiki səhvlər, eləcə də kiçik detallar həlledici oldu.

- Fantastik qolla yadda qaldın. Nələr deyə bilərsən?

- Özümü əla hiss edirəm, amma həmişə istərdim ki, qol vurum və üç xal qazanaq.

- Növbəti rəqib xoş günlər keçirməyən "Araz-Naxçıvan"dı. Rahat 3 xal qazanacağınızı demək olar?

- “Araz” hazırda ən yaxşı formada olmasa belə, çox yaxşı komandadır. Mütləq matça yaxşı hazırlıqlı və xal qazanmaq üçün acgöz şəkildə gələcəklər. Bunun fərqində olmalı, oyuna tam diqqət yetirməli və üç xalı qazanmağa çalışmalıyıq.

XANOĞLAN İMANOV

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti