Sumqayıt “Sumqayıt”dan imtina edir - BİABIRÇILIQ!

14:00 Sumqayıt 284
Sumqayıt “Sumqayıt”dan imtina edir - BİABIRÇILIQ!

«Sumqayıt»ın qeyri-sabit çıxışı davam edir.

Dünən «Zirə»ni qonaqladılar və gərgin keçən matçdan 2:3 hesablı məğlubiyyətlə ayrıldılar.

Əgər bu matçda 3 xal qazansaydılar, turnir cədvəlində üçüncü pilləyə yüksələcək, avrokuboklara vəsiqə əldə etmək yolunda mühüm addım atmış olacaqdılar.

Təəssüf doğuran məqam yerli publikanın şəhərin tək komandasına biganə münasibətidir.

10000 nəfərə baxın tamasaçı tutumu olan stadiona cəmi 750 nəfərin təşrif buyurması biabırçılıqdır! Onlar da bu yekəlikdə kompleksdə ovuc boyda görsəndilər.

Onlar da olmasaydı, arena daha gözəl görünərdi. Futbol şəhəri sayılan Sumqayıtın ictimaiyyətinin «Sumqayıt»a bu cür laqeyd yanaşması anlaşılan və qəbuledilən deyil.

Mehdi Hüseynzadənin adını daşıyan arena iki halda dolur - «Qarabağ» və «Neftçi» bura gəoən vaxt. Axı Premyer Liqa yalnız bu iki iştirakçıdan ibarət deyil, daha 9 komanda var.

«Smqayıt» yalnız çempionatda qalmaq uğrunda mübarizə aparsaydı, deyərdik ki, azarkeşlər komandadan incik düşüb, incikdirlər, o üzdən stadiona tərəf gəlmirlər. Tam əksdir: «kimyaçılar» qitə arenasına çıxmağa iddia nedir.

Vaxt var idi, «Sumqayıt» kiçik həcmli «Kapital Arena»da oynayırdı.

2000-2500 nəfər tutumu olan stadionun tribunaları dolu olardı, orada yer tapmayanlar qapının arxasındakı ağaclıq sahədə dayanıb, birtəhər meydana tamaşa edərdi. Həmişə şikayətlənirdilər ki, bura bizə yaraşmır, gərək böyük stadion tikilsin.

Buyurun, dövlət baba həmin arzunuzu da həyata keçirdi, o yekəlikdə gözəl məkan tikdi, bəs siz haradasız indi?

Milyonlarla vəsait hesabına başa gələn arena Sumqayıta yaraşıq verir, qonaq komandaların əksəriyyəti arzulayır ki, kaş bizim də belə stadionumuz olardı - elə isə «gənclik şəhəri»nin futbolsevərləri niyə 2-3 manatından keçmir?

Həftəsonları istirahət vaxtı sayılır. Sumqayıt da respublikanın ən qaynar, əhalisi çox şəhərlərindən biridir.

Azarkeş öz asudə zamanının 2 saatını doğma komandaya ayırmırsa, onu dəstəkləmirsə, daha onun futboldan danışmağa, «Sumqayıt»dan nəticə tələb etməyə haqqı yoxdur.

Ətrafdakı iaşə obyektlərinin, çay evlərinin, biznes mərkəzlərinin mərtələlərinin dolub-daşdığı saatlarda «Mehdi Hüseynzadə»nin tribunalarının yoxsul, kasıbyanə görünməsi hədsiz pis hadisədir.

Bunu şəhərə, «Sumqayıt»a yaraşdıranlar əsl «bazarkeşlər»dir, azarkeş yox…

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti