“Zirə” Sumqayıtda “şapka”dan 3 xal çıxardı - VİDEO

00:40 Sumqayıt 108
“Zirə” Sumqayıtda “şapka”dan 3 xal çıxardı - VİDEO

Misli Premyer Liqasının XIX turu çərçivəsində keçirilən “Sumqayıt” - “Zirə” qarşılaşması bol qol ilə yadda qalıb.

Sportinfo.az xəbər verir ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutan görüş qonaq komandanın 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Matçın startından etibarən gərgin keçən mübarizədə hesabı 24-cü dəqiqədə “Zirə”nin hücumçusu Davit Volkov açıb.

Cəmi iki dəqiqə sonra, 26-cı dəqiqədə Nikola Ninkoviç bərabərlik qolunu vursa da, 36-cı dəqiqədə Qismət Alıyev penaltidən qonaqları yenidən önə keçirib.

İkinci hissənin əvvəlində, 51-ci dəqiqədə Aleksandr Ramalinqom tarazlığı bərpa etməyi bacarıb. Lakin oyunun taleyini 88-ci dəqiqədə Giorgi Papunaşvili həll edərək “qartallar”a vacib 3 xalı qazandırıb.

Bu qələbə sayəsində xallarının sayını 32-yə çatdıran “Zirə” turnir cədvəlində 3-cü pilləyə yüksəlib. “Sumqayıt” isə 30 xalla 5-ci yerdə qərarlaşıb.

"Sumqayıt" - "Zirə" 2:3

M.H. Sumqayıt şəhər stadionu, 700 tamaşaçı
Baş hakim: İnqilab Məmmədov
Baş hakimin köməkçiləri: Rahil Ramazanov, Teymur Teymurov
Dördüncü hakim: Alik Yunusov
VAR: Rauf Cabarov
AVAR: Kamran Əliyev
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Anar Şixəliyev
Sarı vərəqələr: Danilo Beskorovaynıy, 42 (qeyri-idman hərəkəti); Masaki Murata, 71 (qeyri-idman hərəkəti)
Qollar: Nikola Ninkoviç, 27; Alekdanr Ramalinqom, 50 // Davit Volkov, 24; Qismət Alıyev, 36; Giorgi Papunaşvili, 89
Artırılan vaxt: I hissədə 1 dəq; II hissədə 4 dəq.

“Sumqayıt”
1. Mehdi Cənnətov
3. Höccət Haqverdi
8. Səbuhi Abdullazadə (k)
(19. Roi Kehat, 46)
97. Vüsal Paşayev
9. Aleksandr Ramalinqom
10. Nikola Ninkoviç
(21. Nihad Əhmədzadə, 81)
72. Rayan Senhadji
33. Danilo Beskorovaynıy
23. Ronaldo Vaskez
71. Masaki Murata
11. Aleksa Yankoviç
(7. Rüstəm Əhmədzadə, 72)
Ehtiyat oyunçular:
22. Xəyal Fərzullayev
12. Murad Ağamalıyev
24. Sənan Muradlı
64. Kənan Feyziyev
75. Nadir Orucov
66. Ruslan Əliyev
37. Nihad Orucəli
25. Abdul Raşid Mumini
Baş məşqçi: Saşa İliç

“Zirə”
97. Tiaqo Silva
32. Qismət Alıyev (k)
8. İsmayıl İbrahimli
(26. Stefan Aka, 90)
7. Rövlan Muradov
(28. Leroy Mikels, 71)
19. Rüfət Abdullazadə
(10. Giorgi Papunaşvili, 64)
4. Ruan Renato
25. Enrike Kustodio
9. Davit Volkov
(77. Yeqor Boqomolski, 71)
5. Ange Mutsinzi
11. Junior Martins
(29. Ceyhun Nuriyev, 64)
17. Ayron Qomis
Ehtiyat oyunçular:
13. Aydın Bayramov
41. Anar Nəzirov
70. Namik Ələskərov
21. Hacıağa Hacılı
14. Elçin Əlicanov
43. Əhliman Süleymanzadə
6. Eldar Quliyev
Baş məşqçi: Rəşad Sadıqov

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
8 Fevral 20:00 Çək və bizə göndər!
8 Fevral 03:20 "Gəncə"dən qalibiyyət