"İşlərimiz pis getmir, hər iki cəbhədə uğur qazanmaq şanslarımız var"

16:05 Sumqayıt 165
"İşlərimiz pis getmir, hər iki cəbhədə uğur qazanmaq şanslarımız var"

"Sumqayıt"ın müdafiəçisi Abdullah Raşid Mumini ölkə kubokunun 1/4 final mərhələsinin ilk görüşündə "Zirə" ilə qolsuz bitən matçdan sonra Sportinfo.az-a açıqlama verib.

O, ilk olaraq qarşılaşma barədə danışıb:

"Bugünkü oyunumuz demək olar ki, alınmadı.

Qarşıda cavab görüşü var. Həm liqadakı, həm də kubokdakı cavab oyununa daha yaxşı hazırlaşmağa çalışacağıq".

21 yaşlı legioner davamında komandasının Premyer Liqada və ölkə kubokundakı şanslarını dəyərləndirib:

"İşlərimiz pis getmir. Hər iki cəbhədə uğur qazanmaq şanslarımız var. Düşünürəm ki, ikisi də bizim üçün çox vacibdir. Əsas məqsədimiz növbəti oyunlara köklənməkdir".

Benin millisinin üzvü sonda bu həftə Premyer Liqa çərçivəsində üz-üzə gələcəkləri "Zirə" ilə matç barədə də danışıb:

"Növbəti rəqib yenə "Zirə" olacaq. Eyni rəqiblə qısa müddətdə üz-üzə gəlməyimizin problem yaradacağını düşünmürəm.Daha yaxşı oynamalıyıq. Daha çox hücumda olmalıyıq. Ən əsası fürsətlərimizi qola çevirmək lazımdır".

XANOĞLAN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti